Modern.az

Bakı Nəqliyyat Agentliyindən “BakıKart”la bağlı AÇIQLAMA: “Təəssüf doğurur”

Bakı Nəqliyyat Agentliyindən “BakıKart”la bağlı AÇIQLAMA: “Təəssüf doğurur”

Aktual

8 Fevral 2018, 13:55

Bakı şəhərində ictimai nəqliyyatda nağdsız ödəniş “BakıKart” vasitəsi ilə həyata keçirilir və yaxın vaxtlarda bu sistemlə bağlı hər hansı bir dəyişiklik, eləcə də alternativ ödəniş üsullarının tətbiqi ilə bağlı hər hansı bir yenilik nəzərdə tutulmayıb.

 

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA)İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.

 

M.Ağayev qeyd edib ki, bu gün yerli elektron kütləvi informasiya vasitələrində bu mövzuda yayılan məlumat həqiqəti əks etdirmir:

 

“Qeyri-müəyyən mənbəyə istinadən verilən məlumatın müvafiq dövlət qurumunun mövqeyi olmadan yayılması təəssüf doğurur. KİV nümayəndələrindən qeyri-müəyyən mənbələrdən əldə etdikləri məlumatlar əsasında xəbər hazırlayarkən müvafiq dövlət qurumları ilə dəqiqləşdirmələr aparmalarını xahiş edirik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok