Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları Qarabağda erməni girovluğunda saxlanılan Dilqəm Əsəgrov və Şahbaz Quliyevə baş çəkiblər.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Qırmızı Xaç Cəmiyyətinin işğal alıtndakı Qarabağda yerləşən nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Eteri Musaelyan deyib.
“Martın sonu və aprelin əvvlərində Qırmızı Xaç Komitəsinin əməkdaşları Azərbaycan və Ermənistanda əsrlikdə saxlanılan vətəndaşlara baş çəkmişik”-deyə açıqlama deyilir.
Dilqəm Əsgərov və Şahbaz Quliyevlə yanaşı, əsirlikdə olan Elnur Hüseynzadəyə də baş çəkilib.