Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, aprelin 18-də saat 23 radələrində Abşeron rayonunun Digah qəsəbəsində Mehdiabad qəsəbə sakini Aydın Kərimov idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən Şəki rayon sakini Səməd Arazı vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, A.Səməd şairdir. O, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Şəki rayon təşkilatının Məclis üzvü idi.