“Expo 2025” ümumdünya sərgisinə Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı maliyyə məsələlərinin dəqiqləşdirilməsi və ətraflı araşdırılması məqsədilə mütəxəssislər cəlb edilib. Bunun üzərində hesablamalar aparılır”.
Modern.az xəbər verir ki, bu sözləri Beynəlxalq Sərgilər Bürosunun qiymətləndirmə missiyasının Bakıya səfərinin yekunlarına dair mətbuat konfransında maliyyə naziri vəzifəsini icra edən Samir Şərifov deyib.
O bildirib ki, Bakı “Expo 2025”ə ev sahibi seçilərsə, 7 il ərzində hər il üçün təxminən 120 milyon avroya qədər xərc gözlənilir.
“Ümumdünya sərgisinin meydançasının qeyd olunan ərazidə tikilib hazırlanması 765 milyon avroya başa gələcək.
Qeyd edək ki, Beynəlxalq Sərgilər Bürosunun qiymətləndirmə missiyası Bakıda səfərdədir. Beynəlxalq missiyanın son qərarı noyabr ayında veriləcək.