Bakıda Formula 1 Azərbaycan Qran-Prisi yekunlaşdı.
Modern.az xəbər verir ki, finiş xəttini ilk olaraq 1:46.842 nəticə ilə "Mercedes" komandasının pilotu Lyuis Hemilton keçib. Yarışı ikinci yerdə "Ferrari" komandasının pilotu Kimi Raykonnen, üçüncü yerdə isə "Force India" komandasının pilotu Serxio Peres bitirib.
Qeyd edək ki, saat 16:10 da başlayan yarış 51 dövrədən ibarət olub. 20 pilotdan 6-sı yarışı qəza səbəbindən vaxtından əvvəl tərk edib.