Ağstafa rayonunda mikroavtobusla minik avtomobili toqquşub, yaralılar var.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Dağkəsəmən kəndində baş verib.
"QAZel" markalı mikroavtobusla "Opel" markalı minik avtomobilinin toqquşması nəticəsində 15 nəfər yaralanıb. Onların 10 nəfəri Ağstafa Rayon Mərkəzi Xəstəxanasına, 2 nəfər isə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.