Modern.az

Uşaqları döyən tərbiyəçi və bağça müdiri Polis Bölməsinə APARILDI  

Uşaqları döyən tərbiyəçi və bağça müdiri Polis Bölməsinə APARILDI   

12 İyun 2018, 13:04

“Kids Studio Uşaq Mərkəzi”nin müdiri Nigar Müseyibova və tərbiyəçi Firuzə Tağıyeva Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə aparılıb.

Hüquq-mühafizə orqanlarından Modern.az-a daxil olan məlumata görə, ictimaiyyətdə geniş rezonans doğuran məsələ hazırda araşdırma mərhələsindədir:

“Hər iki şəxs polis bölməsinə aparılıb. Onlar dindirilib, izahatları alındıqdan sonra məsələyə hüquqi qiymət veriləcək”.

Bakıda yerləşən “Kids studio” bağçasında uşaqların tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər ictimaiyyət tərəfindən böyük qınaqla qarşılanıb.

Qeyd edək ki, görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb. Görüntülər ictimailəşdikdən sonra Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri “Kids studio” uşaq bağçasında olub. “Kids studio” uşaq bağçasının müdiri Nigar Müseyibova bildirib ki, bağça bundan sonra fəaliyyət göstərməyəcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müdafiə xətti yarıldı,Ordumuz irəlilədi- Bu ərazilər nəzarətimizə keçdi