Modern.az

Ağsuda 20 yaşlı qız intihar etdi

Ağsuda 20 yaşlı qız intihar etdi

19 İyun 2018, 21:29

Ağsu rayonunda intihar hadisəsi baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ağsu şəhərinin 20 Yanvar küçəsindəki mənzillərdən birində qeydə alınıb.

 

Rayon sakini, 1998-ci il təvəllüdlü Şıxıyeva Ləman Mahir qızı yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihar edib.

 

Onun özünə qəsd etməsinin səbəbi hələ ki, dəqiq məlum deyil.

 

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok