Prezident İlham Əliyev Rəfail Mikayılova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə Rəfail Qərib oğlu Mikayılova “Əməkdar mühəndis” fəxri adı verilib.