İyulun 18-də Səbail rayon Polis İdarəsinin 9-cu Polis bölməsinə rayon ərazisindəki parkların birindən 10 000 manat dəyərində 72 ədəd fəvvarə stəkanının oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırmalarla onların Sumqayıt şəhər sakini Qabil Kərimov və Bakı şəhər sakini Ümid Məmmədov olduqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.