Modern.az

Sumqayıtda itin gözünü oydular - VİDEO

Sumqayıtda itin gözünü oydular - VİDEO

18 Avqust 2018, 00:26

Sumqayıtda insanlığa yaraşmayan hərəkət törədilib. Modern.az “Xəzər TV”yə istinadən xəbər verir ki, kimliyi bilinməyən bir nəfər itin gözlərini oyub.

 

Daha sonra isə it ilkin tibbi yardım göstərilməsi üçün Sumqayıt Şəhər Baytarlıq İdarəsinə aparılıb. Yaralı olan it həddindən artıq aqressiv olduğundan ona ilkin yardım göstərmək mümkün olmayıb.

 

Daha sonra it reablitasiya keçmək üçün Evsiz Heyvanlarin Müdafiə İctimai Birliyinin Mərdəkan qəsəbəsində yerləşən sığınacağına aparılıb.

 

Hazırda itə qarşı bu vəhşiliyi törədən şəxs axtarılır.

 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə görə, heyvanlara qarşı zorakılıq tətbiq edən şəxslər 500 manata qədər cərimə edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var