Modern.az

Qanunsuz yolla əldə olunan meşə materialını daşıyan sürücü CƏRİMƏLƏNLDİ

Qanunsuz yolla əldə olunan meşə materialını daşıyan sürücü CƏRİMƏLƏNLDİ

29 Avqust 2018, 11:43

Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindənrespublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər davam etdirilir. 

Nazirlikdən Moden.az-a verilən məlumata görə, reyd zaman Masallı rayonu ərazisində “Kamaz” markalı 44-BX-788 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz  yolla əldə edilmiş 8,5 m3 həcmində fıstıq və qızılağac cinsli meşə materialı aşkar olunub.

Faktla bağlı avtomobilin sahibi Mürvət Məmmədov barəsində akt tərtib edilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok