Modern.az

Azərbaycan səfiri İranın beynəlxalq təşkilata sədrliyini yüksək qiymətləndirdi  

Azərbaycan səfiri İranın beynəlxalq təşkilata sədrliyini yüksək qiymətləndirdi   

12 Sentyabr 2018, 11:44

Azərbaycanın Tehrandakı səfiri Bünyad Hüseynov İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyin İrana keçməsini şərh edib.

Modern.az saytının İran mətbuatına istinadən məlumatına görə,  səfir sədrlik postunun İran İslam Respublikasına təhvil verilməsi ilə bu təşkilatın daha da  aktivləşəcəyini deyib.

Bünyad Hüseynov bildirib ki, İran İƏT-in inkişafında, bu təşkilatın qurucusu olan 3 ölkədən biri kimi daim üzv ölkələr arasında əməkdaşlıqların genişləndirilməsində təsirli rola malik olub. 

Xatırladaq ki, İƏT-in 23-cü nazirlər iclasında İrandan Hadi Süleymanipur bu təşkilatın yeni baş katibi seçilib.

İƏT-in daimi üzvlərinin ilk iclası İranın baş katibliyi ilə sentyabrın 11-də Tehranda keçirilib. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var