Modern.az

Orqan transplantasiyası üzrə tanınmış həkim Mərkəzi Neftçilər Xəstəxanasından çıxdı

Orqan transplantasiyası üzrə tanınmış həkim Mərkəzi Neftçilər Xəstəxanasından çıxdı

20 Sentyabr 2018, 08:49

Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi tutduğu vəzifədən ayrılıb.

Bu barədə Modern.az-a M.Kazımi məlumat verib. O qeyd edib ki, işdən öz ərizəsilə ayrılıb:

“2008-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasında könüllü fəaliyyətə başlamışdım. İndi də könüllü olaraq işdən ayrıldım”.

M.Kazımi sentyabrın 19-dan etibarən Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəhbəri olaraq fəaliyyətinə davam etdiyini açıqlayıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müdafiə xətti yarıldı,Ordumuz irəlilədi- Bu ərazilər nəzarətimizə keçdi