Tovuz rayonunda yol qəzası zamanı xəsarət alanların şəxsiyyətləri məlum olub. Modern.az "Report"a istinadən xəbər verir ki, bunlar Tovuz rayon sakinləri - 1995-ci il təvəllüdlü İsgəndərov İbrahim Arzu oğlu və 1964-cü il təvəllüdlü İbrahimov İmran Əliş oğludur.
Hər iki yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Qeyd edək ki, hadisə rayonun "Maşın bazarı" deyilən ərazisinin yaxınlığında qeydə alınıb. Ərazidə "VAZ-2107" markalı minik maşını ilə BMW markalı avtomobil toqquşub.