“Son iki gün ərzində Bakıda dəm qazından zəhərlənmə ilə bağlı müarciət edənlərin sayı 26 nəfər olub.
Bunu Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.
A.Maqsudovun sözlərinə görə, 26 müraciətin hamısı Bakıdan olub:
“Aralarında iki azyaşlı olan iyirmi nəfər ilkin tibbi yardım göstərildikdən və məsləhət aldıqdan sonra evə buraxılıb. Qalan 6 nəfər şöbəyə qəbul olunub”.
Baş toksikoloq qeyd edib ki, hazırda şöbədə iki qadın müalicə alır:
“Onların vəziyyəti yaxşıdır, günün ikinci yarısı evə yazılacaqlar”.