Modern.az

Dehlidən Bakıya birbaşa uçuşlar olacaq

Dehlidən Bakıya birbaşa uçuşlar olacaq

23 Yanvar 2019, 00:01

Gələcəkdə birbaşa Dehli-Bakı uçuşlarının həyata keçirilməsi nəzərdə tutulub. Modern.az “Trend”ə istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Hindistanın nüfuzlu "Times of India" informasiya agentliyinə müsahibəsində deyib.

 

Büro rəhbəri əlavə edib ki, hazırda hindistanlı turistlər üçün Azərbaycana uçuşlar əsasən Körfəz ölkələri üzərindən həyata keçirilir.

 

Baş icraçı direktor Azərbaycana səfər etməyin asan olduğunu da qeyd edib.

 

F.Zenqstşmid bildirib ki, hindistanlı turistlər cəmi 3 saat ərzində onlayn olaraq viza əldə edə bilmə imkanına malikdirlər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok