Modern.az

Beyləqanda ağır qəza - Azyaşlı öldü

Beyləqanda ağır qəza - Azyaşlı öldü

11 Fevral 2019, 15:00

Beyləqan rayonunun Qaradağlar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, fevralın 9-da saat 19 radələrində Beyləqan rayonunun Qaradağlar kəndi ərazisində şəhər sakini Elbrus Nəcəfov idarə etdiyi “Ford” markalı avtomobili yolun kənarında dayanmış Füzuli rayon sakini Şahin Teymurova məxsus “KamAZ” markalı avtomobilə vurub.

 

Nəticədə E.Nəcəfovun sərnişinlərindən azyaşlı nəvəsi Nurcan Nəcəfova hadisə yerində ölüb, digər sərnişini, arvadı Mərziyyə isə xəstəxanaya yerləşdirilib.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir