Modern.az

Daha 17 uşaq qızılcaya tutuldu

Daha 17 uşaq qızılcaya tutuldu

15 Fevral 2019, 22:50

Bolqarıstanda qızılca xəstəliyinə yoluxanların sayı 17-yə çatıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, xəstəliyə tutulanların hamısı uşaqlardır. Onlar Blaqoevqrad şəhərinin Razloqa adlı qaraçı məhəlləsində yaşayırlar. Uşaqların təmasda olduğu 145 nəfər 21 gün həkim nəzarəti altında qalacaq. Həkimlərin fikrincə, yoluxanların sayı getdikcə artacaq.

 

Bütün xəstələr eyni simptomlarla - yüksək hərarət, öskürək və bədəndə səpkilərlə müşahidə olunur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir