Bakı metrosunda bıçaqlanma hadisəsi qeydə alınıb. Modern.az xəbər verir ki, hadisə bu gün saat 16:00 radələrində baş verib.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, Şəmistan Quliyev adlı şəxs “Gənclik” metro stansiyasında döş qəfəsindən bıçaqlanıb: “İlkin yardım göstərildikdən sonra Ş.Quliyev təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb”.
Bəxtiyar Məmmədov qeyd edib ki, hadisəni törədən şəxsin kimliyi hələlik məlum deyil.