Keçən il həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il 144 insan alveri cinayəti qeydə alınıb.
Modern.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.
Sənəddə göstərilib ki, ötən il həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 4 məcburi əmək cinayəti də qeydə alınıb. 13 cinayətkar qrup isə zərərsizləşdirilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisin martın 15-də keçiriləcək iclasında müzakirə ediləcək.