Modern.az

Azərbaycanın təbii qaz ixracı artıb

Azərbaycanın təbii qaz ixracı artıb

16 Aprel 2019, 19:30

Yanvar-mart aylarında təbii qaz ixracı ölkə üzrə artaraq 3,2 milyard kubmetr təşkil edib.

Modern.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilir ki, bu da 2018-ci ilin analoji dövrünə nisbətən 27 faiz çoxdur.

Xatırladaq ki, ölkə və SOCAR-ın ixrac etdiyi qazın həcminin artmasının əsas səbəbi Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə “Şahdəniz-2” qazının Türkiyəyə nəql edilməyə başlamasıdır. İndiyə qədər sözügedən boru kəməri vasitəsilə 1,4 milyard kubmetr kommersiya məqsədli qaz nəql edilib.

Neft və neft-kimya məhsullarının ixracı yanvar-mart aylarında təqribən 456 min ton təşkil edib, bununla da əvvəlki ilin analoji dövrünə nisbətən 10,5 faiz artım qeydə alınıb.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok