Modern.az

Yevlaxda 14 yaşlı qız zəhərlənərək öldü

Yevlaxda 14 yaşlı qız zəhərlənərək öldü

22 Aprel 2019, 23:48

Yevlax rayonunda 14 yaşlı qız kimyəvi maddədən zəhərlənərək ölüb.

Modern.az “Report”a istinadən xəbər verir ki, rayonun 2005-ci il təvəllüdlü Hacimahmudlu kənd sakini İsmayılova Ziyafət Elnur qızı yaşadığı evdə ev quşları üçün nəzərdə tutulan dərmanı duz əvəzi yumurtanın üstünə səpərək yeyib.

Nəticədə zəhərlənən yeniyetmə xəstəxanaya aparılarkən, yolda dünyasını dəyişib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı