Aprelin 27-də Bakıda Formula 1 Azərbaycan Qran Prisinin ikinci yarış gününə start verilir.
Modern.az-ın məlumatına görə, bu günün proqramında Formula 2 bolidlərinin paradı və F2 pilotlarının birinci yarışı var.
Bundan başqa, Bakı trekində Formula 1 bolidlərinin üçüncü sərbəst yürüşü və sıralama turu keçiriləcək.
Həmçinin “Alfa Romeo” və “Mercedes” komandalarının pilotlarının avtoqraf sessiyası olacaq.
Azarkeş zonasının qapıları açılır
10:00
Bütün əyləncə zonası
F2™ pilotlarının paradı
10:20
Trekdə
10:50
Avtoqraf sessiyası – Alfa Romeo
12:00
F1® azarkeş zonası
12:20
F2™ birinci yarış
12:00
Trekdə
13:05
Avtoqraf sessiyası – Mercedes
12:20
F1® azarkeş zonası
12:40
F1® üçüncü sərbəst yürüş
14:00
Trekdə
15:00
Sual-cavab sessiyası
15:30
F1® azarkeş zonası
16:00
F1® sıralama turu
17:00
Trekdə
18:00
Crystal Hall-ın qapıları açılır
18:30
Crystal Hall
DJ Mendoza
19:30
Crystal Hall
Trekin qapıları açılır
19:30
Trekdə
Rilaya konserti
20:20
Crystal Hall
Jessie J konserti
21:00
Crystal Hall
Azarkeş zonasının qapıları bağlanır
22:00
Bütün əyləncə zonası
Crystall Hall-un qapıları bağlanır
23:30
Crystal Hall
Ümumilikdə şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebastyan Fettel, Valtteri Bottas, Kimi Raikkonen, Maks Ferstappen kimi tanınmış pilotlar var.
Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.
Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.
2016-cı ildə “Williams” komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda Formula 1 yarışlarının sürət rekordu qeydə alınıb – 378 km/saat.
Azərbaycanda Qran Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.