Modern.az

Şirvanda \"VAZ\" 55 yaşlı kişini vuraraq öldürüb

Şirvanda \

16 May 2019, 20:20

Şirvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Şirvan şəhəri, Şıxbalaoğlu küçəsində qeydə alınıb.

 

Şəhər sakini Yaqubov Rauf Bəxtiyar oğlu "VAZ 2106" markalı 10 EG 568 dövlət nömrə nişanlı avtomobili idarə edərkən, həmin küçə ilə hərəkətdə olan Şirvan şəhər sakini, 1964-cü il təvəllüdlü Axundov Nazim Səftər oğlunu vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı cinayət işi başlanıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok