Modern.az

Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq

Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq

Aktual

22 May 2019, 16:46

“Qazaxıstanda iyunun 9-da keçiriləcək növbədənkənar prezident seçkiləri günü bu ölkənin Azərbaycandakı səfirliyində də seçki məntəqəsi fəaliyyət göstərəcək”.

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, Azərbaycanda yaşayan Qazaxıstan vətəndaşları yerli vaxtla saat 7-dən axşam saat 8-dək səs verə biləcəklər.

Diplomat ölkəsində seçkilərlə bağlı bütün hazırlıq işlərinin artıq başa çatdığını da qeyd edib.

 

Jalə Mehdiyeva

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok