Modern.az

İsraildə güclü meşə yanğınları

İsraildə güclü meşə yanğınları

Aktual

23 May 2019, 22:30

İsrailin mərkəzi ərazilərində güclü meşə yanğınları başlayıb.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, yanğın səbəbindən ətrafdakı yaşayış məntəqələrinin əksəriyyətində sakinlər təxliyə edilib. Avtomagistrallarda hərəkət dayandırılıb.

 

Məlumata görə, yanğın Qüds və Modiin şəhərlərinin müəyyən ərazilərini cənginə alıb.

 

Xüsusilə isti və quru hava yanğının genişlənməsinə şərait yaradır.

 

Yanğının söndürülməsi üçün havadan və qurudan əməliyyatlar keçirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok