Konqo Demokratik Respublikasında yerləşən göllərdən birində insanları daşıyan gəminin batması nəticəsində azı 30 nəfər həyatını itirib, xeyli sayda insan itkin düşüb.
Bu haqda Modern.az xarici KİV-ə istinadən bildirir.
İnonqo şəhər meri Saymon Vemba bildirib ki, gəmidən onların əksəriyyəti maaş almaq üçün gölün o biri tayına gedən yerli məktəblərin müəllimləri olub. İki yüz nəfərə yaxın insan itkin düşmüş hesab edilir.
Qəza zamanı 80-dən çox sərnişinin həyatını xilas etmək mümkün olub.