Modern.az

Milli Parkda maraqlı oyun - Əlillərin futbolu - FOTOLAR

Milli Parkda maraqlı oyun - Əlillərin futbolu - FOTOLAR

Aktual

29 May 2019, 14:58

Avropa Liqasının final matçının keçiriləcəyi tarixdə dənizkənarı Milli Parkda maraqlı oyun təşkil olunub. Belə ki, Azərbaycan Futbol Federesiyası  4 komanda arasında futbol yarışı keçirib. Oyunun maraqlı tərəfi iştirakçıların, hətta  hakimin əlillik dərəcəsinin olmasıdır. Fiziki qüsurlarına rəğmən oyunçuların böyük həvəs və peşəkarlıqla  nümayiş etdirdiyi oyun turistlər tərəfindən də böyük marağa səbəb olub. 

 

Qarabağ Qazilər Futbol Federasiyasının vitse-prezidenti Elmar Hüseynov Modern.az-a oyun barədə məlumat verib:

 

“Dünya Futbol Federesiyanın təşkilati dəstəyi ilə Azərbaycan Futbol Federesiyasının 4 komandası “Abşeron”, “Qarabağ”, “Kəpəz”  və “Gəncə” komandaları yarışır. “Qarabağ” 3-2 hesabı ilə “Abşeron” komandasını məğlub edib. “Kəpəz” isə “Gəncə” komandası ilə yarışacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok