Türkiyə millisinin hücumçusu Cengiz Ünder Avro-2020-nin seçmə mərhələsində İslandiya ilə səfər oyununu buraxa bilər.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İslandiya ilə oyun öncəsi futbolçunun sol ayaq əzələsində problem aşkarlanıb. Onun İslandiya ilə görüşdə iştirak edib-etməyəcəyi hələ də müəyyənləşməyib.
Qeyd edək ki, İslandiya - Türkiyə matçı bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.