Modern.az

Yevlaxda \"Jiquli\" yük maşını ilə toqquşdu

Yevlaxda \

15 İyun 2019, 20:19

Yevlax rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası qeydə alınıb.

Modern.az “Report”a istinadən xəbər verir ki, rayonun Qoyunbinəsi kənd yolunda "VAZ" və "QAZel" markalı maşın toqquşub.

 

Nəticədə 3 nəfər - 1988-ci il təvəllüdlü Xəlilov Elşən Yaşar oğlu, 1996-cı il təvəllüdlü Qədirli Babək Qaragöz oğlu və onun 2001-ci il təvəllüdlü qardaşı Qədirli Yüsif Qaragöz oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok