Modern.az

Lombarda saxta qızıl vermək istədi, tutuldu

Lombarda saxta qızıl vermək istədi, tutuldu

18 İyun 2019, 11:40

Bakıda lombarda saxta qızıl verən şəxs saxlanılıb. 

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, iyunun 17-də Xətai rayonu ərazisindəki lombardların birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

 

Dərhal həmin ünvana gəlmiş polis əməkdaşları tərəfindən lombarda saxta qızıl verən şəxsin 1300 manat pul alaraq qaçdığı müəyyən edilib.

 

Polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs saxlanılaraq 36-cı Polis Bölməsinə təhvil verilib.

 

Onun Bakı şəhər sakini E.Mustafayev olduğu müəyyən edilib, araşdırma aparılır. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək