Modern.az

Bakıda hakimi hədələyən qadına cinayət işi açıldı

Bakıda hakimi hədələyən qadına cinayət işi açıldı

20 İyun 2019, 20:03

Bakıda hakimi hədələyən şəxsə cinayət işi başlanılıb.

Modern.az APA-ya istinadən xəbər verir ki, Sabunçu rayon Məhkəməsinin hakimi Süleyman Ağayev Təhminə Səfərova adlı qadından hüquq-mühafizə orqanlarına şikayət verib.


Şikayət əsasında Təhminə Səfərovaya Cinayət Məcəlləsinin 288-ci (ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar hədələmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb.


T. Səfərova barəsində aparılan istintaq başa çatdırılıb və baxılması üçün Sabunçu rayon Məhkəməsində göndərilib.

Cinayət işi hakim Mehriban Qarayevanın icraatına verilib. İşə yaxın günlərdə baxılacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!