Modern.az

Heydər Əliyev Fondundan  aktyorun  müalicəsinə dəstək

Heydər Əliyev Fondundan  aktyorun  müalicəsinə dəstək

Aktual

20 İyun 2019, 20:59

Heydər Əliyev Fondu  serroz xəstəliyindən əziyyət çəkən Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimovun müalicəsini öz üzərinə götürüb.

Modern.az xəbər verir ki, yaxın zamanlarda aktyora qaraciyər köçürüləcək.


Hazırda müalicəsi davam edən Səlimovun analizlərinin cavabı gözlənilir. Donorun analizlərinin cavabları məlum olduqdan sonra aktyora qaraciyər köçürüləcək.

Qeyd edək ki, 20 ildən çoxdur Sumqayıt Dövlət Dram Teatrında çalışan Yalçın Səlimov xəstəxanaya cari ilin martında yerləşdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!