Modern.az

Rusiyada 42 yaşlı erməni güllələndi

Rusiyada 42 yaşlı erməni güllələndi

26 İyun 2019, 11:21

Rusiyanın Novosibirsk şəhərində 42 yaşlı erməni Andranik Muradyan güllələnib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, qətl hadisəsi iyunun 25-də, axşam saatlarında Qoqol küçəsində törədilib.

 

 

Məlumata əsasən, A.Muradyana küçədən keçən avtomobildən atəş açılıb. Belə ki, naməlum şəxs avtomobili səkidə saxlayaraq ermənini yaralayıb və hadisə yerindən qaçıb. A.Muradyan baş və sinə nahiyələrindən çoxsaylı güllə yarası alıb.

 

İstintaqın məlumatına əsasən, A.Muradyana tapançadan azı 5 dəfə atəş açılıb. O, tibb məntəqəsində həyatını itirib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok