Modern.az

Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib

Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib

16 Avqust 2019, 19:30

"Dəniz kuboku - 2019" beynəlxalq müsabiqəsində iştirak etmək üçün ölkəmizdə olan Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Mahaçkala" və "Volqodonsk" kiçik artilleriya gəmiləri və İran Hərbi Dəniz Qüvvələrinin "Peykan" və "Cövşən" raket katerləri avqustun 16-da Bakı limanını tərk edib.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycanda keçirilən "Dəniz kuboku-2019" yarışı zamanı hərbi dənizçilər "Artilleriya atışlarının yerinə yetirilməsi", "Gəminin dayanıqlılığı uğrunda mübarizə və xilasetmə hazırlığı" və "Dəniz hazırlığı" üzrə mərhələlərdə güclərini sınayaraq ən yaxşı heyətləri müəyyənləşdiriblər. Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Silahlı qüvvələrinin nümayəndələri "Dəniz kuboku-2019" müsabiqəsində müşahidəçi qismində iştirak ediblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok