Fövqəladə Hallar Nazirliyi (FHN) Nərimanov rayonu ərazisində “Baksol yolu” yaxınlığında tikinti materialları bazarında baş vermiş yanğın barədə yeni məlumat yayıb.
Nazirlikdən Modern.az-a bildirilib ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 22 texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 60 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub. İki nəfər yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Əlavə məlumat veriləcək.