Modern.az

“Ekologiya postu”na rəis təyin edildi

“Ekologiya postu”na rəis təyin edildi

17 Sentyabr 2019, 17:13

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

 

Modern.az-ın “Report”a istinadən məlumatına görə, idarənin Ekoloji Nəzarət Bölüyünün komandiri vəzifəsinə polis mayoru Mərdan Mehdiyev təyin edilib.

 

O, daha əvvəl idarəsinin 3-cü tağım komandiri vəzifəsində çalışıb.

 

Qeyd edək ki, Daxili İşlər naziri Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, İdarənin Ekoloji Nəzarət Bölüyünün komandiri, polkovnik-leytenant Fuad Mayılov tutduğu vəzifədən azad edilib.

 

V.Eyvazovun digər əmrinə əsasən, o, Sumqayıt Regional Qeydiyyat-İmtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsinə təyin olunub. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir