Bakı-Quba yolunda baş verən yol qəzasında ölənlərin sayı iki nəfərə çatıb.
Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, "Atəşgah Sığorta"ya məxsus "Hyundai" markalı avtomobil "Mercedes" markalı maşınla toqquşub. Toqquşmadan sonra "Mercedes" alışaraq yanıb. Nəticədə "Mercedes"in sürücüsü yanaraq ölüb. "Hyundai" markalı avtomobildə olan daha bir nəfər ölüb, biri isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.