Modern.az

General Mirqafar Seyidov rəis təyinatları etdi

General Mirqafar Seyidov rəis təyinatları etdi

Aktual

20 Sentyabr 2019, 11:26

Bakının bir sıra Polis idarələrinə təyinatlar olub.

Modern.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov müvafiq əmrlər imzalayıb.

İdarə rəisinin müvafiq əmrləri ilə polis baş leytenantı Nicat Məmmədov Xəzər Rayon Polis İdarəsinin (RPİ) 1-ci Polis Şöbəsinin, polis polkovnik-leytenantı Əli Həsənov Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin, polis mayoru Şahbaz Səfərov Suraxanı RPİ-nin 30-cü Polis Şöbəsinin, polis kapitanı Eyvaz Mürvələdov Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin, polis mayoru Xəyal Kazımov Səbail RPİ-nin 39-cu Polis Bölməsinin rəis müavinləri vəzifələrinə təyin ediliblər.

Məlumatı Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək