Modern.az

ABŞ səfiri: “Azərbaycan bölgədəki sabitliyin lövbəridir”

ABŞ səfiri: “Azərbaycan bölgədəki sabitliyin lövbəridir”

Aktual

2 Oktyabr 2019, 18:39

“Azərbaycan yalnız enerji ixracatçısı deyil, eyni zamanda sabitliyin ixracatçısıdır".  

 

Modern.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə öz iqamətgahında təşkil etdiyi ziyafətdə bildirib. 

"Azərbaycan Gürcüstan, Türkiyə və Avropa İttifaqının enerji təhlükəsizliyinə strateji töhfə verir. Güclü, suveren və müstəqil Azərbaycan bölgədəki sabitliyin lövbəridir”. 

 

"Enerji sektorunda tərəfdaşlığımızın tarixində bu əsas addıma nəzər salarkən ABŞ Xəzər dənizinin enerji ixracatının növbəti uğurlara çatması üçün yeni nəsil texnologiyalar və xidmətlərdən istifadə etməklə bu sahədə Azərbaycan, Böyük Britaniya və digər ölkələrdən olan şirkətlər və mütəxəssislərlə əməkdaşlığı davam etdirməyə ümid edir", - deyə səfir qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir