Modern.az

Gəncədə torpaq üstə mübahisə ölümlə nəticələndi

Gəncədə torpaq üstə mübahisə ölümlə nəticələndi

Aktual

11 Oktyabr 2019, 17:36

Gəncədə qətl hadisəsi verib.

Modern.az xəbər verir ki, hadisə şəhərin Depo qəsəbəsində qeydə alınıb. Belə ki, Akif İsmayılov 1989-cu il təvəllüdlü Zeynalladin Kərimovla torpaq üstə mübahisə edib.

Mübahisədən sonra Akif İsmayılov öz ilə gətirdiyi qoşalülə ilə Z. Kərimova atəş açıb. Nəticədə sonuncu aldığı ağır güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən şəxs tutulub.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.(APA)

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!