Modern.az

\"Qarabağ\" - APOEL oyununun biletləri satışa çıxarılır

\

16 Oktyabr 2019, 20:43

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Kipr təmsilçisi APOEL ilə oyununun biletləri sabahdan satışa çıxarılacaq.

Modern.az  xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Bildirilir ki, qiymətləri sektorlar üzrə 2, 5, 10, 15, 50 və 75 manat olan biletləri 12:00-dan etibarən almaq mümkün olacaq.

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, “Gənclik Mall” və “28 Mall” (iticket satış məntəqəsi), “Park Bulvar AVM” (iticket satış məntəqəsi) ASAN 2, 3 (Yasamal, Amay t/m) və iticket.az saytından onlayn şəkildə almaq mümkündür.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - APOEL matçı saat 20:55-də başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok