XXI Dünya Rus Media Konqresi keçiriləcək.
Modern.az xəbər verir ki, konqres Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı və Qlobal Jurnalistlər Birliyinin təşkilatçılığı ilə Türkiyədə baş tutacaq. Oktyabrın 25-də XXI Dünya Rus Media Konqresinin açılış toplantısı keçiriləcək.
Konqresdə Azərbaycan nümayəndəsi olaraq, Parlament Jurnalistlər Birliyinin sədri, Modern.az İnformasiya Agentliyinin rəhbəri Elşad Eyvazlı iştirak edəcək.