Azərbaycanı Avropa Liqasında təmsil edən “Qarabağ” UEFA tərəfindən 8 min avro məbləğində cərimələnib.
Modern.az xəbər verir ki, buna Ağdam klubunun "Sevilya" ilə Bakıda keçirdiyi görüşdə yerli azarkeşlərin meydana kənar əşyalar atması səbəb olub.
Qeyd edək ki, qərarı UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi verib.