Modern.az

Lənkəranda meşədə itkin düşən 6 yaşlı uşaq tapıldı

Lənkəranda meşədə itkin düşən 6 yaşlı uşaq tapıldı

24 Oktyabr 2019, 00:44

Lənkəran şəhərinin Bəliton kəndində 6 yaşlı uşaq meşədə itkin düşüb.

Modern.az  APA-ya istinadən  xəbər verir ki, azyaşlının iktin düşməsi ilə bağlı məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olub.

Dərhal 2013-cü il təvəllüdlü Muradov Əli Nurəddin oğlunun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin və Rayon polis şöbəsinin əməkdaşları, həmçinin Rayon İcra Hakimiyyətinin yerli qüvvələri, könüllülər də cəlb olunublar. Axtarış-xilasetmə tədbirləri nəticəsində Muradov Əli Nurəddin oğlu “Hirkan Milli Parkı” yaxınlığında meşəlik ərazidə tapılıb. Uşağın vəziyyəti normaldır. O, aidiyyəti üzrə təhvil verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var