Modern.az

Jurnalistlər bazar günü Dağlıq Qarabağa gedirlər

Jurnalistlər bazar günü Dağlıq Qarabağa gedirlər

2 Mart 2012, 18:15

Martın 4-də Bakıdan bir qrup nümayəndə Dağlıq Qarabağa səfərə gedəcək. Bu barədə səfərdə iştirak edəcək Azərbaycan Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı məlumat verib.

O bildirib ki, bir gün nəzərdə tutulan səfər zamanı gözlənilməz problemlərin yaranması istisna edilmir. E.Eyvazlınun sözlərinə görə, Dağlıq Qarabağın Azərbaycanlı İcması tərəfindən təşkil olunacaq səfərdə Azərbaycan Parlament Juranalistlər Birliyinin 15 üzvü iştirak edəcək.

E.Eyvazlı deyib ki, səfərə Azərbaycan Milli Məclisinin bir neçə deputatı da qatılacaq.

"Səfərlə bağlı qayıdandan sonra ictimaiyyətə daha ətraflı məlumat veriləcək”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var