“2020-ci ilin büdcəsi ümumdünya inkişaf tempinə yaxındır. Bütün bunlar ölkə başçısının iradəsi sayəsində mümkün olub”.
Modern.az-ın məlumatına görə, bunu deputat Tahir Kərimli parlamentin plenar iclasında büdcə müzakirələri zamanı çıxış edərkən deyib.
Deputat bildirib ki, 2023-cü ilə qədər dövlət büdcəsində hərbi xərclərə ayrılan vəsait azalıb: “Nə üçün bizim hərbi büdcəmiz 2023-cü ilə qədər azalıb?! Bəlkə biz Dağlıq Qarabağ müharibəsini udmuşuq? Büdcədə sosial məsələyə daha çox yer ayrılır. Lakin müdafiə məsələlərində diqqətli olmalıyıq”.
T.Kərimli Ağsu-Şamaxı aşırımına vəsaitin ayrılmasını təklif edib: “10 illərdir ki, Ağsuya avtobus girib-çıxmır. Nə üçün insanlar cehiz aparmaq üçün kilometlərlə piyada yol getməli olurlar?”.
Bununla yanaşı, deputat maliyyə amnistisiyasının verilməsini, Azərbaycan dilina aid elmi-tədqiqat institutunun yaradılmasının vacibliyini qeyd edib.