Nazirlər Kabineti Fərman Salmanov adına təqaüdün verilməsi qaydasını təsdiq edib.
Modern.az xəbər verir ki, bununla bağlı müvafiq qərarı baş nazir Əli Əsədov imzalayıb.
Qərarda deyilir: "Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 iyul tarixli Sərəncamının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə "Fərman Salmanov adına təqaüd”ün verilməsi Qaydası" təsdiq olunub.