Modern.az

Biləcəridəki qəzada 2 nəfər ölüb

Biləcəridəki qəzada 2 nəfər ölüb

Aktual

22 Noyabr 2019, 15:53

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

 

Modern.az xəbər verir ki, qəza noyabrın 21-də saat 6 radələrində qeydə alınıb. 

 

Bakı şəhər sakinləri İ.Abdullayevin və M.Kazımovun idarə etdikləri “Mercedes” markalı 2 avtomobil toqquşub. Nəticədə İ.Abdullayevin sərnişinləri - paytaxt sakinləri Surxay Abbasov və Kifayət Məmmədova hadisə yerində ölüb, özü və digər sürücü xəstəxanaya yerləşdiriliblər.

 

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok